sedanews.az
sedanews.az

Qarabağda qəti döyüşlərə atılsaq - bütün söyüşlər kəsiləcək...

25-09-2019, 11:09 623 dəfə baxılıb

Qarabağda qəti döyüşlərə atılsaq - bütün söyüşlər kəsiləcək...

Amma bir şərtlə: bu hücum da 3 il öncəki Aprel savaşları kimi 3 gündən sonra dayandırılmasın...
3 cümlə ilə bir "quş"...


 Son illərin və günlərin ən qaynar müzakirə mövzularından biri söyüşlərdir: biriləri çıxış yolunu söyən qarşı tərəfə yeddi qatına çatan söyüşlə cavab verməkdə görür, digərləri bu mövzuda məqalə, köşə yazır, debat, forum, seminar keçirir, mətbuat konfransı çağırır və s. və i.a.
Fəqət,  ölkədəki haqlı-haqsız genişmiqyaslı söyüşlərin kəsilməsinin çox kəsə bir yolu var: Azərbaycan xalqının, dövlətinin, ordusunun, iqtisadiyyatının, sənayesinin, səhiyyəsinin və s. bütün gücünü səfərbər edib işğal altındakı torpaqların, Qarabağın azadlığı uğrunda genişmiqyaslı, qəti və son döyüşlərə atılmaq...
Amma bir şərtlə:  bu hücum da 3 il öncəki Aprel savaşları kimi yarımçıq dayandırılmasın – o halda, ölkədə baş torpaqlar uğrunda savaşa qatışdığından şəxsi dava-dalaş istisna, ictimai məzmunlu “ümummilli” söyüşlərə son qoyulacaq, yalnız uzaqbaşı, döyüş meydanlarında komandirlərin ermənilərə, yaxud ləng tərpənən əsgərlərə “təbii” söyüşləri eşidiləcək... 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA