sedanews.az
sedanews.az

İcradan "EuroHome" açıqlaması: Kompensasiya şərtləri...

11-12-2019, 16:34 783 dəfə baxılıb

İcradan "EuroHome" açıqlaması: Kompensasiya şərtləri...



               “EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.
Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.
Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verildiyi qeyd edilib:
“Dəymiş ziyan müəyyən edildikdən sonra, vətəndaşlarla “EuroHome” tikinti bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.
Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib" - açıqlamada bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA