sedanews.az
sedanews.az

AĞDAŞ POLİSİ İŞƏ NİYƏ BAXMIR

29-02-2024, 12:38 398 dəfə baxılıb



  "TÖVLƏM YANDI VAY HARAY, AĞDAŞ POLİSİ İŞƏ BAXMIR VAY, VAY" ... məqalənin davamı.
  Araşdırma məqsədilə Sedanews.az informasiya agentliyinin əməkdaşı işlə bağlı Ağdaş rayon RPŞ-nın təhqiqatçısı Şamil bəylə əlaqə saxladıq, lakin sözü yarımçıq kəsərək, nömrəni əngəllədi, heç bir açıqlama vermədi. Belə ki, şikayətçi Məhərrəmov Pərvin Cəfər qulu oğlu ilə yenidən əlaqə saxladıq və o bildirdi, ki dekabr ayında şikayət ərizəmi ona görə geri çəkdim ki, tövləmin yanmağında səbəbkar olan qonşum qabağımı kəsərək dedi, ki nahaq polisə vermisən, and içərək bildirdi ki, get şikayətini geri çək, dəymiş ziyanı ödəməyə hazıram. Mən də ona inanaraq polisə yollanıb əhvalatı Şamil bəyə danışdım. o da mənə dedi ki, lap yaxşı ilin sonudu işi bağlamalıyam. izahat yaz ki, mənim heç bir şikayətim yoxdur. mən də yazdım, lakin bu günki günə qədər, mənə dəymiş ziyan ödənilməyib".
 Redaksiyamız tərəfindən araşdırılma zamanı məlum oldu ki, şikayətçinin öz hüquqlarını bilmədiyindən təhqiqatçı Şamil bəy vəzifəsindən istifadə edərək özünə sərf edən izahat yazdırmışdı. Müvafiq qanunla Təhqiqatçı ona izah etməliydi ki, yanğın zamanı ziyan ödənilməmiş izahat yazılmamalıqdı, qazılsa belə orda qeyd olunmalıqdı ki, ziyan ödənilməsədə qarşı tərəflə barışmışam heç bir şikayətim yoxdu. Bununlada təhqiqatçı Şamil bəy ciddi səhvə yol vermişdi.
 P.S  Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirik ki, bu faktla bağlı araşdırılma aparılmasına göstəriş versin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA