sedanews.az
sedanews.az

Adı mənim, dadı özgənin.... Zaqatala şəhəri Əliabad kəndində baş verənlər...

2-08-2022, 14:50 211 dəfə baxılıb

            Ötən həftə Zaqatala şəhəri Əliabad kənd sakini Qurbanov İsmayıl Həsəsnəli oğlu tərəfindən  redaksiyamıza ünvanladığı şikayət ərizəsi əsasında həmən ünvana yollandıq. Qurbanov ailəsində çəkiliş apardıq. Videocəkilişi olduğu kimi sizlərə təqdim edirik.
  Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.    


   Xəbəri yerləşdirəndən sonra qarşı tərəf  İsmayılov Temraz  bizimlə əlaqə saxladı və sözügedən topraq sahəsi ilə bağlı hadisəni danışdı. Həmən hadisəni olduğu kimi sizlərə təqdim edirik:

  “Uşaq olarkən erkən atasız qaldım və ailəni dolandırmaq üçün işləməyə başladım. Birinə meyvə yığırdım, digərinin bağını sulayırdım. Anama söz vermişdim ki, səni dolandıracam. Ofisant işlədiyim zaman Həsənəli dayı bizim cayçıya tez-tez gəlirdi. Çox yaxşı kişi idi, Allah ona rəhmət eləsin. Günlərin birində o mənə bildirdi ki, öz torpaq sahəsini satmaq istəyir. Dedi mənim torpağıma alıcı tap, 200 şırvana satım.  Mən yanımda işləyən dostuma bu barədə dedim. Dostum dedi ki, gəl yarı-yarı qoyub alaq şəriknə. Biz Həsənəli dayıya bunu bildirdik, amma şərt kəsdik ki, mütləq ailə-uşağının razılığını yazılı surətdə alsın. Belə də etdik,  hamının razılığını alıb bələdiyyə möhürü ilə həmən razılığı təstiq etdik, çünki o vaxtlar çıxarış olmadığından notariat qaydada alqı-satqı etmək olmurdu. Beləcə biz dostumla birgə başladıq həmən torpaq sahəsini abadlaşdırmağa. Ilk növbədə  oranı təmizlədik, sonra fındıq qələmləri əkdik, illərlə qulluq etdik ki, həmən bağın bəhrəsini görək. Münasibətimiz həmən Qurbanov ailəsilə yaxşı idi. Birazdan Həsənəli dayı dünyasını dəyişir. Çox keçmir ki,  pay torpaqlar sənədləşməyə başlayır. Mən də arxayın olaraq razılıq verirəm ki, həmən torpağın çıxarışı Qurbanovlar ailəsinin adına olsun. Düşündüm ki, sonra onlar mənim adıma keçirərlər. Yəni alqı-satqı yolu ilə sənədləşdirərik. Amma torpağı sənədləşdirən Qurbanov ailəsi başlayır bu işi yubatmağa. Onlar hər dəfə bir bəhanə gətirərək, bu söhbətdən qaçırdılar. Nəhayət günlərin birində mən Şirin xalaya bildirdim ki, gəlin mən sizə 1000-1500 müqabilində torpaq sahəsi alım. Siz də əkib-becərin.  Razılaşdıq. Amma onlar mənə 10 000 bağ göstərib dedilər ki, bunu bizə al. Mən qaldım çaş-baş. Yəni mənim o qədər pulum yoxdur axı, birdə axı mən illər boyu aldığım torpağa  zəhmət və xərc qoydum ki, bəhrəsini görüm. Mənim sadəlövlüyümdən istifadə edən bu ailə başıma bu oyunu açdı. Birazdan onlar məni verdilər məhkəməyə. Mən məhkəməyə getmədim, çünki çox pis oldum... Məhkəmə prosesi dayandırdı. Birazdan bunlar  icazəsiz bağa girib  fındıqı dərdilər. Xeyli məhsul oğurladılar. Və  bağda həmən mənim dostumu gördülər.  O da hirslənib dedi ki, buranı Temraz satıb mənə. Onlar da belə fikirləşdilər ki, mən yenidən kiməsə o bağı satmışam. Indi mən də onları məhkəməyə vermişəm. Amma əsil ədalət məhkəməsi göylərdədi. Həsənəli kişi satıb halallığını verən torpaq sahəsini, bunlar yenidən məndən geri almaq  istəyirlər. Mənə 4000-5000 pul təklif edirlər. Mən illər boyu bura 40000 pul qoymuşam. Deyirlər ağacları apar, torpağı qaytar. Hara aparım. Mən onlara boş torpaq sahəsi alırdım da. Fərqi nə? Budurmu haqq-ədalət? Üstəlik hamıya car çəkirlər ki, çıxarışları var. Haramla-haramı insan gərək bilsin. Başarırsan yaxçılıq elə, pisliyə nə var ki?!" 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA