sedanews.az
sedanews.az

Tiflisdən daha bir Keşikçidağ açıqlaması

27-05-2019, 13:27 1 175 dəfə baxılıb

Tiflisdən daha bir Keşikçidağ açıqlaması



                Azərbaycanla sərhədin delimitasiyası başa çatmayana qədər heç kəs prosesi yanlış interpretasiya etməməlidir.
Sedanews.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.
O, komissiyanın yenilənməsini çox vacib adlandırıb:
“Komissiyanın fəaliyyəti uzun müddət dayandırılmışdı. İlk görüşün baş tutması vacibdir. Növbəti görüş Tiflisdə olacaq. Komissiya Keşiçkidağı Məbəd-Kompleksi daxil olmaqla konkret məsələləri müzakirə edir, onun həmçinin cari proseslərə dərhal reaksiya vermək funksiyası da var. Status-kvonun dəyişdirilməsi ilə bağlı hər hansı bir fikir olmamalıdır”.
XİN başçısı qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan məsələnin ölkələr arasındakı strateji tərəfdaşlıq çərçivəsində həll olunmasının tərəfdarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA