SEDANEWS.AZ

Dunya xeber agentliyi

    TƏVƏKKÜL GORUSLUNUN ŞEİRLƏRİ

    Kategori: ÖLKƏ Tarix: 23-11-2018, 13:54 Bildir?
    EVİMİZƏ GEDƏK, DEYİR!

     Çöhrəsinin rəngi solub,
     Zaman-zaman bəyaz geyir.
     Tanrım, atam uşaq olub,
     Evimizə gedək, deyir!

     Həyat bitib gözlərində,
     Taqət yoxdu dizlərində,
     Bir istək var sözlərində,
     Evimizə gedək, deyir!

     Şüurunda bircə fikir,
     Yurd yerinə körpü tikir,
     Ölüm aciz, VƏTƏN çəkir,
     Evimizə gedək, deyir!

     Yatağında yata bilmir,
     Arzusuna çata bilmir,
     Əcəlində bata bilmir,
     Evimizə gedək, deyir!

     Oğulmuşuq bizdə, səki,
     Bizdən keçir yenə ərki,
     Ana soran körpə təki,
     Evimizə gedək, deyir!

     Yox imkanım gedəm , çatam,
     Yer yarılmır yerə batam,
     Ölə bilmir mənim ATAM,
     Evimizə gedək, deyir!

     Təvəkkül Goruslu.16.11.2018.


    QALX AYAĞA, AZƏRBAYCAN!

     Körpələrin ahı deyir,
     Dədələrin ruhu deyir,
     Sızıldayır, fəryad edir,
     Muğamın segahı deyir,
     Fəda olsun sənə min can,
     Qalx ayağa, Azərbaycan!

     Düşsə yerə qucağında,
     Qəbri olur yarpağın da,
     Uzaq getmir ağacından,
     Dəfn olunaq torpağımda,
     Qisas deyir tökülən qan,
     Qalx ayağa, Azərbaycan!

     Tapdaq altda qalan yurdum,
     Deyir bəsdi dözüb durdum,
     Rişxənd edir Sizə yağı,
     Soruşur ki, hanı ordum,
     Torpağının bağrı şan-şan,
     Qalx ayağa Azərbaycan!

     Qeyrət ilə qoşa gələr,
     Vuruş varsa coşa gələr,
     Qürurundan enməz bir an,
     Paşa gedər, paşa gələr,
     Türk olduğun duysun cahan,
     Qalx ayağa, Azərbaycan!

     Təvəkkül Goruslu. 15.11.2018.
     Atama ithaf edirəm! Qulağına oxuyaram, DƏDƏ, rahat uyu!(((


    Yataq xəstəsi olan atamı düşünərkən!!!
     RUHUNA SIĞIN

     İnsanın taleyi ruhdan asılı,
     Cismiylə, canıyla ruha qısılı,
     Həyatın, yaşamın var bir üsulu,
     Yaşamaq istərsən ruhuna sığın!

     Yaddaş bulud kimi, duman kimidi,
     Buxara çevrilən zaman kimidi,
     Tovlayan cin kimi, şaman kimidi,
     Yaşamaq istərsən ruhuna sığın!

     Ömrü verən Allah, alan da odu,
     Zamanla doğru da, yalan da odu,
     Zirvəyə çıxaran, salan da odu,
     Yaşamaq istərsən ruhuna sığın!

     Saçımı ağardan ahındı sənin,
     Qəddimi qatlayan ruhundu sənin!...
     Üstündə hökm edən şahındı sənin,
     Yaşamaq istərsən ruhuna sığın!

     Təvəkkül Goruslu. 14.11.2018.

    TAHİR FIKRININ ŞEİRLƏRİ

    TAHİR FIKRININ ŞEİRLƏRİ...

    HIKMƏT SADAT/ YENE O BAĞ OLAYDI...

    HIKMƏT SADAT YENE O BAĞ OLAYDI......

    Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?

    Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron Paşinyanı necə pərt elədi...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron   Paşinyanı necə pərt elədi......

    Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıq-saçıq rolda çəkilərdim" - FOTO

    Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıq-saçıq rolda çəkilərdim" - FOTO...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN