sedanews.az
sedanews.az

Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib

Bugün, 11:40


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qitə və ölkələrin həqiqi ölçülərini daha düzgün əks etdirən dünya xəritəsindən istifadənin genişləndirilməsini dəstəkləyib.
sedanevs.az xəbər verir ki, sentyabrın 4-də keçirilən səsvermədə 164 ölkə müvafiq qətnamənin lehinə çıxıb. ABŞ sənədin əleyhinə səs verib, 6 ölkə isə bitərəf qalıb.
Söhbət XVI əsrdən geniş istifadə olunan Merkator proyeksiyasının “Equal Earth” xəritəsi ilə əvəzlənməsindən gedir. Merkator xəritəsi qütblərə yaxın əraziləri həqiqi ölçülərindən böyük, ekvatora yaxın əraziləri, xüsusilə Afrikanı isə daha kiçik göstərir.
Məsələn, ənənəvi xəritədə Qrenlandiya Afrika ilə təxminən eyni böyüklükdə görünür. Əslində isə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
“Equal Earth” proyeksiyasında Afrika, Cənubi Amerika və digər ekvatorial ərazilər real ölçülərinə daha uyğun göstərilir. Rusiya, Kanada, ABŞ və Avropa ölkələri isə Merkator xəritəsi ilə müqayisədə daha kiçik görünür.
Yeni xəritə ölkələrin siyasi sərhədlərini və ərazilərini dəyişdirmir. Dəyişiklik yalnız Yer kürəsinin müstəvi üzərində təsvir üsuluna aiddir.
Qətnamə məcburi xarakter daşımır. Sənəd dövlətləri, təhsil müəssisələrini, beynəlxalq təşkilatları, media və texnologiya şirkətlərini sahələri düzgün göstərən xəritələrdən istifadə etməyə çağırır.
“Equal Earth” proyeksiyası yeni hazırlanmayıb. Xəritə 2018-ci ildə yaradılıb, BMT isə indi onun istifadəsinin genişləndirilməsini dəstəkləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA