Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi

Rusiyanın Moskva Dövlət Universitetinin hüquq fakültəsində qızılca səbəbindən karantin tətbiq olunur.
sedanevs.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, hüquq fakültəsinin tələbələri oktyabrın 21-dən noyabrın 3-dək distant təhsil alacaqlar.
Tələbələrin sözlərinə görə, magistratura tələbələrindən biri universitetə yoluxucu xəstəlik keçirdiyini təsdiqləyən tibbi arayış təqdim edib. Universitet rəhbərliyi də karantin rejiminin tətbiq olunduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiyada son günlər digər yoluxucu xəstəliklərlə bağlı da narahatlıq doğuran məlumatlar yayılıb. Belə ki, Moskva vilayətinin Luhovitsı şəhər dairəsində quduzluq ocağı aşkarlanıb. Bölgədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xüsusi tədbirlər planı təsdiqlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: