sedanews.az
sedanews.az

Nazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat

6-03-2020, 15:47 716 dəfə baxılıb

Nazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat



                
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə yeni rəis təyin olunub.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
***
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alay Komandirinin müavini, polkovnik-leytenantı Əli Ağalıyev vəzifədən azad edilib.
Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ə.Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA