Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatdı - YENİLƏNDİ
Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatıb.
Sedanews.az
Teleqraf-ın Qarabağ bürosuna istinadən xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 12 ailə, 55 nəfər Təzəbinə kəndinə çatıb.
Kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək.
***

11:48
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Sedanews.az Teleqraf-ın Qarabağ bürosuna istinadən xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 12 ailə olmaqla 55 nəfər Təzəbinə kəndinə köçürülür. Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.