sedanews.az
sedanews.az

Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq

17-09-2020, 10:31 623 dəfə baxılıb

Parlamentdə əfv və amnistiya aktı ilə bağlı dinləmə olacaq




Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş ictimai dinləmə keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planının layihəsində əksini tapıb.
İş planının layihəsinə əfv etmə - amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.
İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA