sedanews.az
sedanews.az

Qubada Əziz Əliyev küçəsində təhlükəli ağaclar: Sakinlərin səsi eşidilmir

Dün, 10:06



Quba şəhərinin Əziz Əliyev küçəsində yerləşən bir neçə yaşlı və köhnə ağac artıq qəzalı vəziyyətdədir. Güclü küləklər zamanı bu ağacların budaqları qırılaraq həm piyadalar, həm də yaxınlıqda yaşayan sakinlər üçün ciddi təhlükə yaradır. Küçənin daimi sakini olan Şaxsənəm xala dəfələrlə redaksiyamıza müraciət edərək bildirib ki, ağaclar külək əsəndə onun evinin üstünə aşmaq təhlükəsi yaradır.

Şaxsənəm xalanın narahatlığı təkcə şəxsi deyil — bu, bütöv bir küçənin təhlükəsizlik problemidir. O qeyd edir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət edilib, lakin nəticə yoxdur.

Məsələ ilə bağlı redaksiya olaraq biz dəfələrlə Quba şəhər İcra Hakimiyyətinin binasında yerləşən Yaşıllaşdırma İdarəsinin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışmışıq. Təəssüf ki, bu cəhdlər nəticəsiz qalıb — idarəyə aid olan müxtəlif telefon nömrələrinə zəng vursaq da, heç birinə düşə bilməmişik. Bu boyda bir qurumun rəsmi və səlahiyyətli nümayəndəsinin olmaması və ya susqun qalması, məsələyə aydınlıq gətirməməsi ciddi suallar doğurur.

Sakinlər gözləyir, qurumlar susur
 Küçə sakinləri arasında qorxu və narazılıq artır. Ağacların budanması və təhlükəli olanlarının götürülməsi üçün təcili tədbirlər görülməlidir.Rəsmi Qurumlardan tələb olunur ki, məsuliyyətsizliyi son qoyulsun və vətəndaşların həyatını təhlükəyə atılmasın. ..



Arzu Tofiqqızı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA