sedanews.az
sedanews.az

Binəqədi İH-in satdığı “park” yandı, nazirlik araşdırma başlatdı

8-07-2021, 16:47 315 dəfə baxılıb

Binəqədi İH-in satdığı “park” yandı, nazirlik araşdırma başlatdı

Binəqədi rayon Süleyman Sani Axundov küçəsində yerləşən “Təbəssüm” uşaq bağçasının yaxınlığındakı kiçik boş ərazi 3 ildir ki, taxta ilə hasarlanıb.
Axar.az xəbər verir ki, əvvəl bir neçə ağac və yaşıllıq olan kiçik sahənin 3 ildir hasara məhkum edilməsinin səbəbi bəlli deyil. İki yolun qovşağında yerləşən kiçik ərazi hansısa sahibkara satılıbmı? Yoxsa o ərazini satmaq üçün yararsız hala gəlməsini gözləyirlər?
Bu suallar açıqdır, mənzərə isə odur ki, cəmi bir neçə kvadratmetrlik ərazi illərdir baxımsız halda zibilliyə çevrilməkdədir. Belə ki, qazon artıq məhv olub, əraziyə tullantılar atılmaqdadır, bir tərəfinə isə təyinatı bəlli olmayan vaqon yerləşdirilib.
Ötən gün sözügedən ərazidə yanğın başlayıb. Saytımızın yanında yerləşən yanğınla bağlı məlumatı da FHN-ə redaksiya əməkdaşları veriblər.
Yanğın söndürülüb və genişlənməsinə imkan verilməyib. Ancaq yanğının səbəbi də müəmmalıdır. Kimdir 3 ildi hasarlanan ərazidəki ağacları yandırmaq istəyən?
Beləliklə, Binəqədi Rayon İcra Hakimiyyətinin bərk-bərk qoruduğu taxta hasarı yanğın artıq məhv edib və hasarın içərisindəki “gözəllik” üzə çıxıb: od dəyən ağaclar, yanan zibillik və quru ot!
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva deyib ki, həmin sahə özəl mülkiyyətə məxsus ərazidir, lazım olan məlumatları sahibkar verə bilər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, həmin ərazidə hər hansı tikinti ilə bağlı Komitəyə müraciət olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə əraziyə dərhal ETSN-in işçi qrupunun göndərildiyini, olayın araşdırılacağını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA