Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF -nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.
Milli.Az xəbər verir ki, Qafqazinfo-nun istintaq materiallarından əldə etdiyi məlumata görə, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib: "2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra "İçərişəhər" metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. "İçərişəhər" metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim".
Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: "Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər "Azərmətbuatyayımı" ASC-nin balansında olub. "Azərmətbuatyayımı" ASC-ni təsis edən müəssisə isə "Kaspi Az" MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm".
V.Səfərli bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi "Azərmətbuatyayımı" ASC ilə bağlayıb: "Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən "Bilik Fondu"ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər".
Milli.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə həbs qoyulub
Köhnələrin “qiyamı”: niyə 6 aydan sonra?
Əli Həsənovdan üzr istəyirəm – 25 ilə görə...
Bu gün Vüqar Həşimovun anım günüdür
Quba Regional Mərkəzi Xəstəxanasında baş verənlər “ailə idarəçiliyi”? – Şəffaflıq niyə təmin olunmur, yoxlamaların nəticəsi niyə gizlədilir?
XƏTAİ RAYON 55 SAYLI MƏKTƏBDƏ ŞƏHİDLƏRƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ
YENİ DOĞULAN UŞAQLARIN KABUSUNA ÇEVRİLƏN DOĞUM EVİ
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Bu müəllimlərə əlavə 2000 manat veriləcək
Moskvaya PUA hücumu: hava limanları bağlandı
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələnlərə ŞAD XƏBƏR
Nəriman Qurbanovun ölüm səbəbi məlum oldu
Əylisli danışdı: Adımın Ramiz Mehdiyevlə yanaşı çəkilməsi...
Bu telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək
Bakıda 3 məktəbin adı dəyişdi - RƏSMİ
Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: “Ruletka” oynayıb əsir yoldaşımı qətlə yetirdilər
DİN sürücülərə müraciət edib
Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatdı - YENİLƏNDİ
Prezident İlham Əliyev Viktor Orbana təbrik ünvanlayıb
Qəzza iki yerə bölünür - Yeni planın təfərrüatı
Ünvanlı sosial yardım alanlara şad xəbər: Bu qədər artım OLACAQ
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Gevondyan
Əliyevlə Tokayevin təkbətək görüşü keçirildi - Foto
Hikmət Hacıyev: Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır
Azərbaycan Prezidenti İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub-VİDEO
Oğlu qucağında maşın sürən ata qəza törətdi, övladı öldü
Nyu-Yorkda dəbdəbəli göydələnin fasadında çatlar yaranıb
Грабёж Лувра и позор Франции - Марков
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - Adlar
Sabah pensiyalar tam ödəniləcək
Prezident bu sahədə çalışan işçiləri təltif etdi
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il ötür
Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər
Bağça müdirləri bu tarixdə imtahan verəcəklər
Bakıda hərbi parad keçiriləcək - RƏSMİ
Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...
Azərbaycanda pensiya islahatları olacaq
Peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı YENİ QAYDA
Mehdiyev qisas üçün hakimiyyətə can atan şəxsə kömək edirmiş?
Xalq artisti Ramiz Quliyev dəfn olunub
Prezident İlham Əliyev Misirin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - Foto
Ramiz Quliyevlə vida mərasimi keçirilir
DYP-dən sürücülərə xəbərdarlıq
Bakıda silahlı insident: İki nəfər güllələndi
Neft yenidən bahalaşdı
Oqtay Şirəliyevin yerinə təyinat olacaq
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
ABŞ-dan Çinə xəbərdarlıq: Tabe olmayacağıq...