Novruz bayramının adətləri zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edir
Azərbaycanda ilin başlanmasının-yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Yaz bayramının zərdüştlərin daha geniş və təntənə ilə qarşılaması dini etiqada görə, Ahuraməzdənin Anqramanyu üzərində qələbə əldə etməsi ilə izah edilirdi. Yaz bayramının Novruz adlanması ilk orta əsrlərdən məlumdur. Qədim məlumatlardan bu bayram çəşn-bahar bayramı adlandırılmışdı. Ömər Xəyyamın "Novruznamə" əsərində Novruz bayramının tarixindən söhbət gedərkən deyilir: "Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün altı saatdan sonra öz yerinə qayıdır." Yaz bayramı haqqında yazılı məlumat e.ə. 505-ci ildə məlum olmuşdur. Novruz bayramı mərasimi haqqında bəhsə başlamazdan əvvəl icra edilən şənlik və bəzi adətlərdən danışmaq lazımdır. Bu adətlər çərşənbə axşamı və xüsusi ilə axır çərşənbə axşamı mərasimində qabarıq şəkildə əks etdirilir. Bu mərasimdə əsas yeri odla əlaqədar adət və ayinlər tutur. İlin axır çərşənbəsində xalq arasında müxtəlif adətlər olmuşdur. Həmin adətlərdən biri də həyətlərdə tonqal qalamaqdan ibarətdir. Tonqal yandırılarkən ailə üzvləri onun ətrafında toplanıb şadlıq edər, tonqalın üstündən tullanardılar. Tonqal mərasimi qurtardıqdan sonra qulaq falına çıxardılar.
Şal sallamaq və bunun digər forması olan qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan adətdir. Bu, axır çərşənbə ilə əlaqədar olan adətlərin içərisində ən qədimlərindən biridir.
Bayram günlərində müxtəlif əyləncələr, o cümlədən, zorxana səhnələri, çofgən, çərəq oyunları, oxatma və s. yarışlar da keçirilirdi. Novruz bayramı nəinki orta əsrlərdə, hal-hazırdı xalqımızın həyatında özünəməxsus yer tutmuşdur.
Bu bayramda varlı-kasıb, eyni şəkildə, eyni hüquqla iştirak etmiş, umu-küsünü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışmışdır. Torpaqlarımız nə qədər ki, düşmən torpaqları altında idi məhz bu bayramın keçirilməsində xüsusi abu havaya təsir edirdi. Nəhayət 44 günlük Vətən müharibəsində əldə etdiymiz qələbə nəticəsində şükürlər olsun ki, xalqımız bu gün də Novruz sevinclərini olduğu kimi, daha mütəbər qeyd edir.
Sonda onu da qeyd edim ki, biz mədəniyyət nümayəndələri bu kimi ölkəmizin qədim tarixə malik milli bayramlarını bütün məsuliyyətimizlə dərk edib, kütləvi və genişmiqyaslı keçirməli, sonrakı nəsillərə olduğu kimi çatdırmalıyıq.
Zığ Qəsəbə Mədəniyyət evinin direktoru Nurlan Həsənzadə