sedanews.az
sedanews.az

Gürcüstana gedənlər səfər sığortası almalı olacaqlar

23-05-2024, 16:07 154 dəfə baxılıb

 İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq.
 "Report"un yerli bürosu xəbər verir ki, sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək.
  Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.
  Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.
  Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA