sedanews.az
sedanews.az

Saşa, səni unutmayacağıq - Liseydən kədərli paylaşım

26-12-2024, 12:45


   Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin pilotlarından biri olan Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
  Axar.az xəbər verir ki, bu barədə lisey məlumat yayıb.
Təhsil müəsissəsi pilotla bağlı kədərli paylaşım edib:
  “Ölkə kədər içindədir. Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov. O, arzusunu həyata keçirdi: pilot oldu. Uğurlarına necə də sevinirdik. Kalyaninov hələ abituriyent və daha sonra tələbə olanda liseyə Türkiyədən təşəkkür məktubu göndərilib. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan... Ailəsinə və dostlarına başsağlığı diləyirik”, - deyə liseyin paylaşımda qeyd olunub.
  Qeyd edək ki, Aktaudakı təyyarə qəzasında pilotların hər ikisi həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA