Xocalıda faciə yaşayan Məmmədovlar ailəsinin dəhşətli həyat yolu
Dərd var, ürəyi güllədən betər deşir, dərd var, öldürmür, sağ buraxır. Bu ailə dəhşətin ən böyüyünü yaşayıb. Heç bir günahı olmadığı halda öz yurd-yuvasından didərgin düşüblər. Həm də bir neçə dəfə...BAKU.WS "Xezerxeber.az"a istinadən xəbər verir ki, Məmmədovlar ailəsi 1988-ci ildə Qərbi Azərbaycandan məcburi köçkün kimi Xocalıya sığınır.
Ailə bir övladını şəhid verir, qalanları isə Xocalıda son damla qanına kimi vuruşur. Ta ki, o məşum gün yaşanana kimi...
Bir həftədən sonra Milli Qəhrəman Allahverdi Bağırov onları erməni tərəfində döyüşüb öldürülən bir muzdlu zəncinin leşi ilə dəyişməyə razı salır. Beləliklə, 80 nəfər azərbaycanlı əsir ölümcül vəziyyətdə geri qaytarılır.
O dövrdə baş verənlərin görüntülərinə baxmaq belə insanı dəhşətə salır. Balaca Mürvət hələ o yaşında gözünün gördüklərini dilə gətirir. Narxanım ana isə deyir ki, ailəsi şəhidlər verib, amma əsirlikdə qalmaq daha dəhşətliydi, orada daş olsa, çatlayardı.
İndi bu evdə hər gün qələbə xəbərini gözləyən, babasının adını daşıyan Məhəmməd böyüyür. Onun doluxsunan gözlərindəki kədəri azaldacaq isə bir məlhəm var.
Bizim hamımızın məlhəmi də, dərmanı da sənin gözlədiyin o xəbərdir, əziz Məhəmməd! Qələbə bizə yaralarımızı unutduracaq, sağalmasına imkan yaradacaq. Tezliklə sənin baba evində görüşmək diləyi ilə..!
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.