sedanews.az
sedanews.az

Türkiyə rus qazının idxalını kəskin azaltdı - Şok səbəb

21-05-2020, 11:47 2 085 dəfə baxılıb

Türkiyə rus qazının idxalını kəskin azaltdı - Şok səbəb





                “Türk axını” qaz kəməri Şimal Axını-2-nin taleyini yaşamağa doğru gedir.
Axar.az xəbər verir ki, bu məlumatı “Finanz.ru” saytı yayıb. Sayt Türkiyənin Moskva ilə münasibətlərinin Suriya və Liviyaya görə soyuması ucbatından Ankaranın rus qazının alışını kəskin azaltdığı bildirilib.
Belə ki, mart ayının nəticələrinə əsasən, “Qazprom”un “Botaş”a və digər müstəqil türk operatorlarına tədarükü 7 dəfə azalaraq, 210 milyon kub/metrə düşüb.
2018-ci ilin analoji dövrü ilə müqayisədə Türkiyənin aldığı qaz 14 dəfə azalıb.
Bir zamanlar “Qazprom”un ikinci ən böyük müştərisi olan Türkiyə artıq bu siyahıda ikinci onluğa doğru geriləyib və Ermənistan qədər Rusiyadan qaz almağa başlayıb.
Sayt Türkiyənin rus qazını xüsusilə sıxılmış maye qazla əvəz etdiyini bildirib. Belə ki, Türkiyə keçən il ərzində sıxılmış qaz idxalını 13% artırıb. Türkiyənin bu qazı daha çox Əlcəzair, Qətər, Nigeriya və ABŞ-dan idxal etdiyi vurğulanıb.
Türkiyənin sıxılmış qaz alışının Rusiyadan aldığı qazdan daha ucuz başa gəldiyi bildirilib.
“Qazprom”un Türkiyəyə qaz tədarükü hər milyon Britaniya istilik vahidi üçün 6,5 dollar təşkil edirsə, sıxılmış qaz üçün bu göstəricinin 1,5-2 dollar təşkil etdiyi bildirilib.
“Qazprom”un Türkiyəyə qaz tədarükündə vəziyyətinin cari ilin ikinci rübündə daha da pisləşəcəyi qeyd edilib.
Maraqlı məqam geriləmənin təkcə Türkiyədə yox, Avropada da müşahidə olumasıdır. Almaniya istiqamətində qaz tədarükü 45%, Avstriyada 25% azalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA