Kamal Abdullanın romanı müzakirə olunacaq
Yanvarın 28-də saat 16:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının müzakirəsi keçiriləcək. Kult.az xəbər verir ki, AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunacaq müzakirədə ədəbiyyatşünaslar roman haqqında fikirlərini bildirəcək, müəllifə suallarını ünvanlayacaqlar.
Qeyd edək ki, yazıçının “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, romanlarından sonra sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.