sedanews.az
sedanews.az

“Mən Gəncəyəm” adlı sənədli film çəkildi -FOTOLAR

27-10-2020, 14:55 714 dəfə baxılıb

“Mən Gəncəyəm” adlı sənədli film çəkildi -FOTOLAR


“Mən Gəncəyəm”- erməni terroru haqqında sənədli film
Gəncə hadisələrini özündə əks etdirən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib. Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun  qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə  ingilis dilində titr da yerləşdirilib. 
“Mən Gəncəyəm” filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: “Bu hadisə media vasitəsi ilə  dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”. 
 Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.
Qeyd edək ki, filmin  quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur.  Montajı isə  Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA