sedanews.az
sedanews.az

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimova

24-12-2021, 13:17 810 dəfə baxılıb

                                                       Azərbaycan Respublikasının Mədəniyyət naziri

                                                       cənab Anar Kərimova

Hörmətli cənab Nazir!

Son hadisələr fonunda müxtəlif saytlarda Bakı Xoreoqrafıya Akademiyasının rəhbərliyinə qarşı ittihamlarla bağlı hər ay anonim məktublar dərc olunduğu bir vaxtda bu açıq-saçıq iftiraya biganə qala bilməzdim. Qərara aldım ki, son aylar təhsil ocaqımızda baş verənlər barədə bütün həqiqətləri yazıb Sizin və ictimaiyyətin nəzərinə çatdırım.

Nailə Məmmədzadə Bakı Xoreoqrafıya Akademiyasının rektoru kimi fəaliyyət göstərməyə başladığı vaxtdan bizdə İntibah dövrü başladı və mən Akademiyanın müəllimi kimi, hal-hazırda məktəbimizdə baş verən bütün müsbət dəyişiklikləri, yenilikləri böyük minnətdarlıq hissi ilə qeyd etmək istərdim.






Sevinc hissi ilə qeyd edirəm ki, Xoreoqrafıya Məktəbimizin bir çox köhnə ənənələri geri qayıdıb və ümid edirəm ki, Akademiya yaxın gələcəkdə Azərbaycan baletinin yeni ulduzları ilə fəxr edəcək. Demək istəyirəm ki, bu qısa müddət ərzində məktəbimizdə ən vacib olan şey - yaradıcılıq ab-havası yenidən canlanıb. Duet Rəqsi və Aktyorluq Ustalığı kimi fənnlərin tədrisi bərpa olundu. Tələbələrə pulsuz balet yubkaları, balet ayaqqabdan, puantalar verilir. Dəhlizlər cığırlar və bərpa edilmiş skamyalarla döşənib, burada tələbələr oturub məşqlər arasında istirahət edə bilərlər. Zalların qarşısında qoyulmuş balet sənətinin qabaqcıl xadimlərinin adları yazılmış lövhələri yenidən geri qaytanlıb. Müəllimlərə dincəlmək və dərsə hazırlaşmaq üçün otaq aynlıb. Akademiyanın əməkdaşlanna maşın saxlamaq üçün pulsuz yer də verilib. Sanitar qovşaqları normal vəziyyətə salınıb, hər bir əlüzyuyanın yanında gigiyena vasitələri var. Mən hələ təmizlikdən danışmıram. Texniki heyət bütün günü yorulmadan çalışır.

Akademiyada tələbələrin sağlam, keyfiyyətli və münasib qiymətə yemək yeyə biləcəyi yeməkxana fəaliyyət göstərir. Hər ay bütün tələbələrin çəkisini yoxlamaq ənənəsi bərpa olunub.

Üzrsüz səbəbdən dərs buraxmaların arası kəsilib. Hər kəs öz dərsləri və yaradıcılıq prosesi ilə məşğuldur.

ktəb, kollec və bakalavr tələbələrinin cəlb edildiyi tədbirlər keçirilir. Kiməsə xırda görünə biləcək bütün bunlar tədris prosesinin təşkili, tələbələrin dərsə marağım canlandırmaq üçün mühüm amildir. Bir sözlə, hər şey yaxşılığa doğru dəyişir və bu, kollektivi çox sevindirir.

Yeni rəhbərlik “Hər şey tələblər və pedaqoqlar üçün” devizi ilə işləyir. Bir də çox istərdik ki, tələbələrin opera və balet teatrında verilən tamaşalara pulsuz getmək ənənəsi də bərpa olunsun (lap bu yaxınlara qədər bu ənənə var idi).

Bugünkü rəhbərliyimiz - rektor vəzifəsini icra edən Nailə Məmmədzadə və kollecin direktoru Tahir Eynullayev Azərbaycan baletini ən yüksək səviyyəyə qaldırmaq üçün səylərini əsirgəmirlər. Nəhayət, Bakı Xoreoqrafıya Akademiyasının rəhbərliyi Bakı Xoreoqrafıya Məktəbinin məzunlarını öz nümunəsi ilə tələbələrinə peşəsini sevməyi öyrədən, balet sənətinin çiçəklənməsinə töhfə verən SSRİ Xalq artisti Leyla Vəkilova, Azərbaycanın SSR xalq artisti Xumar Zülfüqarova kimi görkəmli müəllimlərdən təhsil aldıqları üçün öz işlərini yaxşı bilən mütəxəssislə təmin edib.

nab nazir, Bakı Xoreoqrafıya Akademiyası üçün düzgün kadr seçiminə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

                                              Böyük ehtiramla “Aktyor ustalığı” fənni müəllimi

                                                       Leyla Zülfüqarova







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA