Hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.
Bu barədə Mərkəzi Qan Bankı məlumat yayıb.
Qurum qan ehtiyacı olan vətəndaşları davamlı qanla təmin etmək üçün vətəndaşlara müraciət edib: “Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.
Qan vermək istəyənlər aşağıdakı ünvana müraciət edə bilər:
Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65
Telefonlar: 907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.