sedanews.az
sedanews.az

Xalqımızı təhqir edənə 100 min verən azərbaycanlı qadın...

29-01-2020, 12:06 742 dəfə baxılıb

Xalqımızı təhqir edənə 100 min verən azərbaycanlı qadın...





                “Boomerang Label” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Nigar Məmmədova türkiyəli müğənni Bülənd Ərsoya 100 min dollarlıq üzük hədiyyə edib.
Maraqlıdır, 100 min dollarlıq hədiyyənin Ərsoyun sənəti qarşısında heç nə olduğunu deyən “biznes leydi”miz onun sənətinə həqiqətənmi yaxından bələddir?
Açıq danışaq, Bülənd Ərsoy nə müğənni kimi belə yüksək qiymətə layiqdir, nə də insan.
Bu öz yerində.
Bəs görəsən, Nigar Məmmədova Bülənd Ərsoyun ermənilərə dərin rəğbətindən, Azərbaycanı “mənşəyi bilinməyən xalq” adlandırmağından və “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etdiyindən xəbərdardımı?
Bülənd Ərsoy hələ bir neçə il əvvəl xalq artisti Aygün Kazımovanın dəvəti ilə “Best Model Azərbaycan” yarışmasında qonaq qismində qatılmışdı. Həmin dövrdə Mədəniyyət naziri vəzifəsində çalışan Polad Bülbüloğlu və Aygün Kazımova türkiyəli müğənnini gülərüzlə və müxtəlif hədiyyələrlə qarşılamışdı. Lakin Bülənd Ərsoy bütün bunlardan "razı qalmayaraq" Türkiyəyə döndükdə Azərbaycan haqqında mənfi fikir söyləməyə davam etdi. Hətta bəzi saytların iddiasına görə, B.Ərsoy açıqlamalarında bu qonaqpərvərlikdən razı qalmadığını da söyləmişdi. Azərbaycanda kifayət qədər sevgi və hörmət görməsinə baxmayaraq, müğənni yenə də ölkəmiz və tariximiz barədə böhtanlar yaymaqdan əl çəkmədi.
Bütün bunlara rəğmən isə azərbaycanlı iş adamı Nigar Məmmədova ölkəmizin əsl sənətkarları Flora Kərimovanı, Brilyant Dadaşovanı.., lap elə müalicəsi üçün evini satışa çıxaran misilsiz xanəndə Könül Xasıyevanı unudaraq, ermənipərəst və heç vaxt Azərbaycana hörmətlə yanaşmayan bir müğənniyə 100 min dollarlıq hədiyyə verir.
Nigar Məmmədova niyə öz xalqına qarşı belə düşmənçilik edir?
Nigar xanımın xoşuna gəlmək üçün mütləq cinsi oriyentasiyasını dəyişmək, erməniləri sevib, azərbaycanlıları aşağılamaq lazımdırmı?
Amma M.Nigar əmin olsun, Azərbaycanda heç bir müğənni bunu etməz.
Nigar xanım hər şeydən əvvəl haqlı davamız Qarabağ məsələsində mövqeyini ortaya qoymalı idi. Ən azından ermənipərəst Büləndə bu sevgini göstərməməli idi. Ki, başqalarına da görk olsun ki, Azərbaycan insanı işğalçını da bağışlamır, işğalçıya haqq qazandıranı, bu milləti aşağılayanı da.
100 min dollarlıq üzüyü cinsi-mənşəyi bilinməyən, oxuyanda qışqırmaqdan ("böyürmək" daha yaxşı ifadə edir onun ifasını) başqa bir şey baxarmayan və milyonları olan Bülənd Ərsoya yox, Azərbaycan musiqi sənətinə canını fəda etmiş və hazırda ağır durumda olan Könül Xasıyevaya vermək lazım idi.
Kimə yaxşılıq etmisənsə, onunla xatırlanırsan. Görünür, Nigar Məmmədova bir ömür Bülənd Ərsoyla xatırlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA