Putindən İdlib açıqlaması: Ərdoğanla razılığa gəldik
Rusiya və Türkiyə İdlibdəki gərginlik problemi ilə bağlı qəbul edilə biləcək həll yolları tapdı.Axar.az xəbər verir ki, bu sözləri Rusia Prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğanla görüşündən sonra açıqlamasında deyib.
"Görüşdən sonra ortaq şəkidə sənəd hazırladıq. Rusiya və Türkiyə İdlibdə terrorizmlə mübarizənin zəiflədilməməsindən əmindir. Suriyadakı böhranın həlli ilə bağlı ümumi bəyannamə hazırlanması ilə bağlı razılığa gəldik.
Daimi olaraq Suriya rejimi və mülki əhali atəş altındadır. 1 martda da hücum oldu və bu, ilin əvvəlindən 15-ci hücum idi. Türk əsgərləri arasında da itkilər vardır və Prezident Ərdoğana və Türkiyəyə başsağlıqlarımızı çatdırdıq. Kritik məqamlarda hər zaman ümumi məqamları tapa, çözə bilirdik. Bu gün də elə oldu. Hazırda Astana çərçivəsində danışıqlarımız davam edir. Müzakirələrimizin nəticəsində ortaq bir sənəd hazırladıq. XİN rəhbərləri onu bəyan edəcəklər. Ərdoğanla 6 saatlıq müzakirənin nəticəsi olaraq bu sənədi hazırladıq. Bu, İdlibdə qarşıdurmaların başa çatmasına və mülki əhalinin əzablarına son verilməsinə, bütün tərəflər arasında dialoq qurulmasına kömək edəcək", - deyə Kreml rəhbəri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.