sedanews.az
sedanews.az

Cənubi Qafqazın ən zəif bəndi - Ermənistan

9-10-2020, 12:33 622 dəfə baxılıb

Cənubi Qafqazın ən zəif bəndi - Ermənistan

Ermənistan Cənubi Qafqazda tədiyyə balansı ən gərgin olan ölkədir. Onun makroiqtisadi və maliyyə dayanıqlığı, o cümlədən, pul-məzənnə siyasəti “Ödəmələr Balansının” vəziyyətindən birbaşa asılıdır. Ölkənin coğrafi cəhətdən əlverişsiz mövqeyə sahib olması, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları Ermənistanı xarici ticarəti hərəkətə gətirən logistika və nəqliyyat dəhlizlərindən kənarda saxlayır.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ermənistanda iqtisadi, coğrafi və siyasi “natamamlıq kompleks”ləri təkcə milli deyil, həm də regional təhdidlər yaradır. Ermənistanın siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar apardığı işğalçı siyasət tədiyyə balansının bütün parametrlərinə, o cümlədən, xarici sərmayə cəlbediciliyinə mənfi təsirlərini göstərir.
Ermənistanın statistik qurumunun yaydığı məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 10,2 faiz azalıb. 
Ermənistan Respublikasının 2000-2019-cu illər ərzində idxal-ixrac əməliyyatları:
2020-ci ilin ilk rübünün statistikasına əsasən, Cənubi Qafqazın ümumi ixracında Ermənistanın payı cəmi 14 faiz olmaqla ən az göstəricidir. Müqayisə üçün 2019-cu il ərzində Ermənistan tərəfindən həyata keçirilən ixracın dəyəri Azərbaycanın ixracından 7,5 dəfə aşağı olub.  Ermənistanın ixrac əməliyyatlarının aşağı olması qonşu ölkələrlə münaqişə səbəbindən əhəmiyyətli nəqliyyat və logistik imkanlarından kənarda qalmasının nəticəsidir. 
2020-ci ildə Cənubi Qafqaz ölkələri arasında xarici ticarət və ixracın dövriyyəsinin payı:
Qeyd olunub ki, Azərbaycana qarşı ərazi iddiaları səbəbindən, Türkiyə və Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq layihələrdən kənarda qalması Ermənistanın iqtisadi artım və inkişaf potensialını daima aşağı səviyyədə saxlayır. Bu baxımdan, yalnız ərazi iddiaları siyasəti ilə vidalaşacağı təqdirdə, Ermənistanda iqtisadi aktivliyin yenidən bərpa olunması mümkündür.
Əlavə olaraq vurğulanıb ki, Ermənistanda “əkiz kəsirlər” problemi, tədiyyə balansının və icmal büdcənin kəsiri ölkəni yeni borclanma, siyasi müstəqilliyin daha da məhdudlaşdırılması və iqtisadi rıçaqların itirilməsi təhdidləri ilə üzbəüz qoyub. Regional layihələrdən kənarda qalmaqla Ermənistanın 2020-ci il sentyabrın 27-də özündən dəfələrlə güclü qonşusu Azərbaycana qarşı provokasiyalara başlaması iflası sürətləndirir. Siyasi-iqtisadi müstəqilliyini təmin edə bilməyən Ermənistanın 20 faiz Azərbaycan ərazilərini işğalda saxlaması və iqtisadi militarizm siyasəti yürütməsi rasional deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA