Arutyunyan "döyüşçüləri" ilə görün hara sığındı...
Qondarma “dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyan başının dəstəsi ilə guya cəbhənin cənub-şərq istiqamətinə gəlib.Axar.az xəbər verir ki, erməni mediasının məlumatına görə, burada o, döyüş vəziyyətini müzakirə edib.
Arutyunyanın “döyüş vəziyyətinin” müzakirəsinə həsr olunan yerdən yaydığı foto isə sosial şəbəkələrdə haqlı olaraq ciddi tənqid edilib. Belə ki, Arutyunyanın terrorçularla toplantını uşaq bağçasında keçirdiyi açıq-aydın görünür.
Həmçinin Arutyunyanın "iclas" keçirdiyi məkanın əslində "cəbhənin cənub-şərq istiqaməti" deyil, əslində Xankəndidə yerləşən 3 saylı uşaq bağçası olduğu üzə çıxıb.
Qeyd edək ki, bu, Ermənistan ordusunun daimi olaraq tətbiq etdiyi metoddur. Belə ki, onlar ya mədəniyyət evini, ya məktəbi, ya da uşaq bağçasını hərbi dayaq məntəqəsi kimi seçirlər. Azərbaycan Ordusu həmin ərazini vurduqda isə şüvən salırlar ki, Azərbaycan mülki obyektləri atəşə tutur. Halbuki Azərbaycan yalnız kəşfiyyat məlumatları əsasında hərbi obyektlərə zərbə endirir.
Ona görə də uşaq bağçalarını, məktəbləri, mədəniyyət evlərini, yaşayış sahələrini hərbi qərargah kimi istifadə edən Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşımalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.