Səfir Gürcüstan hökumətini Aİ-yə üzv olmaq üçün öz kursunu dəyişməyə çağırıb
Gürcüstan hökuməti öz kursunu dəyişməsə, Aİ-yə üzv olmaq istiqamətində irəli gedə bilməyəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.
Aİ liderlərinin Gürcüstanın inteqrasiyasının dayandırılması qərarının məyusedici olduğunu, lakin ittifaqın daha əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməsinin nəticələri olacağına dair aylardır siqnallar göndərdiyini vurğulayıb.
Səfir Gürcüstanın Aİ-yə nə qədər tez üzv olmasının gürcülərin özlərindən asılı olduğunu qeyd edib. O, Gürcüstan hökumətinin real niyyətlərinin Aİ-yə aydın olmadığını əlavə edib.