Bu villaların işığı kəsiləcək, sahibləri polisə veriləcək
Elektrik enerjisinin talanmasına səbəb olan, elektrik enerjisindən sayğacdan kənar istifadə edən, kabel xətlərinə müdaxilə etmiş villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixanalara verilən enerjisi təchizatı dayandırılacaq və sahibkarların məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.Bu barədə Azərişıq ASC-nin yaydığı məlumatda qeyd edilib. Həmçinin bildirilib ki, görüləcək tədbirlərin nəticələri ilə bağlı kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumat veriləcək.
Şəhərdəki əksər villaların “Milyonerlər məhəlləsi” kimi tanınan “Gənclik” metrostansiyası və Binəqədi rayonundakı "Vorovski" kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, Bakı kəndlərində, dənizkənarı bağ massivlərində, Novxanıda yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, yaxın günlərdə bu ərazilərdəki villaların işığı kəsiləcək.
Mövzunu “Yeni Müsavat”a şərh edən əmlak ekspertləri bildirib ki, ötən ilin sonlarından qiyməti 1 milyon manat və daha yuxarı olan villaların satışa çıxarılması ilə bağlı elanların artmasına səbəb də məhz budur. Belə ki, dəbdəbəli şəkildə inşa edilən villaların xərcini ödəyə bilməyən sahibkarlar məcbur qalıb əmlaklarını satışa çıxarırlar:
“Əmlak alğı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır”.
ISTINAD
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.