Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ
“Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitmək üzrədir”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
“Bu yeni mühüm proqram şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək”, - deyə nazir müavini əlavə edib.
A.Kərimov qeyd edib ki, yaxın həftələr ərzində bu evlərin verilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.