sedanews.az
sedanews.az

“Express Bank”ın səhmdarlarından biri payını satıb

25-04-2022, 09:55 319 dəfə baxılıb


“Express Bank”ın səhmdarlarından biri payını satıb
“Express Bank” ASC-nin səhmlərinin 19,5%-nə nəzarət edən Hikmət Xammədov payını satıb.
“Report” xəbər verir ki, onun payını digər səhmdarlar – “Enerqoservis” MMC və Hafiz Seyidov alıblar.
Son nəticədə onların payı müvafiq olaraq 21,6%-dən 30,9%-ə və 9,8%-dən 20%-ə çatıb.
Bankın səhmlərinin qalan 49,2%-i əvvəlki qaydada “Azenco Group” MMC-yə (48,8%) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə (0,4%) məxsusdur.
  Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA