sedanews.az
sedanews.az

Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb"

27-10-2023, 12:15 144 dəfə baxılıb

  “İnternat tipli məktəblərə uşaqların göndərilməsi hallarının artması bizi narahat edir”.
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların internata göndərilməsi məsələsi ilə bağlı preventiv tədbirlər görülür: “Lakin bütün bunlara baxmayaraq, təəssüf ki, internat tipli ümumtəhsil müəssisələri məktəblərinə göndərilən uşaqların sayı artmağa davam edir. Belə ki, bu say 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA