Bu gün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə REAL-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” qazpaylayıcı stansiyasında (QPS) təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-da saat 10:00-dan “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "Duz Zavodu (Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, "AAF Park" Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.