sedanews.az
sedanews.az

Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edəcək

12-07-2023, 12:14 267 dəfə baxılıb



  Baş prokuror Kamran Əliyev iyulun 18-i saat 10:00-da Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə REAL-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
  Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
  "Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA