sedanews.az
sedanews.az

Təhsil Nazirliyindən bu səlahiyyət alındı: Tətillə bağlı qərar...

13-03-2020, 11:12 726 dəfə baxılıb

Təhsil Nazirliyindən bu səlahiyyət alındı: Tətillə bağlı qərar...

               
Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Axar.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.
***
Təhsil Nazirliyindən Nazirlər Kabinetinin bu qərarı şərh edilib.
Bildirilib ki, NK-nın qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, “Ümumi təhsil haqqında” Qanundan irəli gələn vəzifə idi:
"Bu qərar verilənədək həmin müddəalar elə NK-nın təsdiq etdiyi Nümunəvi Nizamnamədə yer alırdı. Yeni qərar qəbul edildikdən sonra uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi. Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb. Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə NK-dadır. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA