sedanews.az
sedanews.az

ABŞ Rusiya və Ukraynaya şərt qoydu

30-04-2025, 09:36


“Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş olmasa, ABŞ danışıqlarda iştirakını dayandıracaq”.
sedanevs.az “The Moscow Times”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüs deyib.
O, həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio yaxın gələcəkdə münaqişənin həlli üçün Rusiya və Ukraynadan konkret təkliflər gözləyir.
“İndi münaqişənin hər iki tərəfinin konkret təkliflər irəli sürməsi zəruridir. Əgər irəliləyiş olmasa, biz artıq bu prosesdə vasitəçi kimi iştirak etməyəcəyik”, - deyə Temmi Marko Rubiodan sitat gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA