sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransına keçirib

9-03-2021, 11:24 476 dəfə baxılıb

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransına keçirib


          26 fevral tarixində  Prezident İlham Əliyev tərəfindən yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir gənc olaraq diqqətimi çəkən, konfransın 4 saatdan çox davam etməsi və ölkə başçısının 4 dildə media nümayəndələrinin suallarını cavablandırması olub. Bu konfrans həm də Azərbaycanın informasiya cəbhəsindəki mövqeyini daha da gücləndirmiş oldu. 

Ölkə rəhbərinin də öz çıxışında qeyd etdiyi kimi Azərbaycanın digər ölkələrlə qurduğu siyasət çox açıq və prinsipial siyasətdir. Bu, ölkəmizin xarici siyasət arenasında olan mövqeyinin möhkəmliyini sübut edən, göstərən bir addımdır. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Prezidentimizin mətbuat konfransında respublikamızın xarici siyasəti barədə danışması, verilən suallara ətraflı bir şəkildə məlumat verməsi bunu bir daha göstərmiş olur. 

Son zamanlarda ölkəmizin qonşu və ya digər xarici ölkələrlə etdiyi tərəfdaşlıqlar Azərbaycanın necə etibarlı  və güclü bir tərəfdaş olduğunu təsdiq etmiş olur. Bu tərəfdaşlıqların iqtisadi, siyasi yönümlü olması ölkəmiz üçün böyük addımlardır. Ölkəmizin siyasi, iqtisadi arenada olan mövqeyini gücləndirir və digər xarici ölkələrin də ölkəmizə olan etibarını artırır.

    Çıxışlarda da qeyd edildiyi kimi Azərbaycan müstəqilliyini elan etdiyi gündən bu günə qədər regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Öz üzərinə düşən vəzifə və öhdəlikləri hər zaman layiqincə yerinə yetirir. Bu da onun digər ölkələr tərəfindən ölkəmizə qarşı inamın artmasına səbəb olmuşdur. Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq etmiş və bu əməkdaşlıqların nəticəsinə yaxın zamanda bütün dünya şahid olmuşdur. 44 günlük müharibə nəticəsində tarixi bir qələbənin əldə olunmasında bu əməkdaşlıqların rolu çox böyük olmuş,   30 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycan Ordusu,  Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə həyata keçirdi  və qələbə çaldı. Müharibə zamanı ordumuzun müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini sıradan çıxarması qələbə əldə etməyimizdə böyük rol oynamışdır. Türkiyə və İsraildən alınan hərbi silahları, uçuş texnologiyalarını göstərə bilərik. Azərbaycan Respublikası indiyə qədərki dövrdə bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib və yerinə yetirməyə də davam edir. Ölkəmiz əməkdaşlıq etdiyi dövlətlər tərəfindən hər zaman rəğbətlə qarşılanmış, etibar qazanmış, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmişdir. Bu da ölkəmizin dünyada olan mövqeyinə qarşı müsbət bir meyardır. 

Dövlətimiz müstəqillik əldə etdiyi zamandan bu dövrə qədər çox yol qət edib və daha da möhkəmlənmişdir. Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Ölkəmizin əldə etdiyi tarixi Qələbə də onun nə qədər güclü və sarsılmaz dövlət olduğu bütün dünyaya sübut etmiş oldu. 

Azərbaycanın 90-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırması, inkişafın davamlılığını təmin edən başlıca amil isə strateji hədəflərin düzgün müəyyən edilməsi olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən institusional islahatlar, səmərəli idarəetmə üsulları Azərbaycanın davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətdə diqqəti şəkən mühim məqamlardan biri də qarşıya qoyulan hər bir hədəfin gerçəkləşdirilməsi üçün reallığa adekvat konkret fəaliyyət  proqramlarının işlənib hazırlanması olmuşdur. Avropa və Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən uğurla  istifadə etməkdədir. Son illərdə ölkəmizdə dəmir yolu infrastrukturu ən müasir standartlara uyğun müasirləşdirilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin və beynəlxalq reytinq agentliklərinin diqqətini çəkən, qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş önəm verən respublikamız, eyni zamanda böyük tikinti meydanını xatırladır.

      Mətbuat konfransı başlayarkən ən çox diqqətimi çəkən isə cənab Prezidentin niyə indiyə kimi bu tip mətbuat konfransların çox sayda keçirilməməsi səbəbini təvazökarlıqla   qeyd etməsi oldu. Deyərdim ki bu konfrans son illərinn regionda keçirilmiş ən mötəşəm və ən vacib mətbuat konfransı idi.


Suraxanı rayonununun fəal gənci, Bakı Mühəndisliyi Universitetinin tələbəsi Qasımova Rəna








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA