sedanews.az
sedanews.az

Bu gündən toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsi qadağan edilib

1-09-2021, 11:43 417 dəfə baxılıb

Bu gündən toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsi qadağan edilib





Bu gündən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minib.
Belə ki, hökumətin bununla bağlı imzaladığı qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Eyni zamanda ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA