COVİD-19 pasportu hansı iş yerlərinə aid ediləcək?
2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb.Axar.az xəbər verir ki, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.
Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.
Qeyd edək ki, bu gün Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.