sedanews.az
sedanews.az

Xocalı faciəsi- İnsanlığın üz qarası

25-02-2022, 16:35 288 dəfə baxılıb

                               
Dünya yaranandan hər zaman mübarizə meydanı olub. Bütün canlılar öz məqsədlərinə çatmaq üçün daim mübarizə aparırlar. Daha yaxşı, daha çox əldə etmək üçün, güclü olduğunu göstərmək üçün, hakimiyyət üçün və s.
Amma mübarizənin də qaydaları var: Zəiflərə toxunmamaq, dinc əhalini qorumaq.
II Dünya müharibəsindən sonra isə müharibələr zamanı hər bir dövlətin, xalqın mütləq riayət etməli olduğu qaydalar rəsmiləşdirilərək beynəlxalq qanunlar toplusu halına gətirildi. Bu qanunlara bütün xalqlar və dövlətlər məcburi şəkildə riayət etməlidir: dinc əhaliyə, yaralılara toxunmamaq, onların təhlükəsizliyini təmin etmək, lazımi qayğı göstərmək, ehtiyac olarsa, təhlükəsiz ərazilərə köçürülməsinə şərait yaratmaq.
Amma çox təəssüf olsun ki, tarixdə elə hökmdarlar olub ki, onlar bu insanlığa aid qaydaları zaman-zaman heçə saymış və insanlara qarşı ağılagəlməz qətliamlar törətmişlər. Buna Stalin repressiyaları, Amerikanın yerli hindulara qarşı qırğınları və s. göstərmək olar.
Azərbaycanın tarixi torpaqlarında azərbaycanlıların qonaqpərvərliyindən istifadə edərək məskunlaşan haylar(ermənilər) tədricən havadarları olan dövlətlərin köməyi ilə azərbaycanlıları öz tarixi torpaqlarından qovmuş, getmək istəməyənlərə qarşı isə amansız vəhşiliklər törətmişlər.
1987-ci ildə Ermənistan SSRİ-i ərazisindən azərbaycanlıların (ata-baba torpaqlarından) qovulması əhalinin narazılığına səbəb oldu. Nəticədə 1988-1989-cu illərdə yeni münaqişənin əsası qoyuldu. SSRİ-nin və Azərbaycan SSR-nin məsələyə vaxtında müdaxilə etməməsi hayları(erməniləri) daha da azğınlaşdırdı və nəticədə Azərbaycanın Qarabağ ərazisinə olan iddialarını gücləndirdi. Azərbaycan torpaqlarına hücum etmək üçün Xocalının işğalı strateji mövqe idi. Burada iki hədəf var idi: birincisi Xocalı aeroportunu ələ keçirmək, ikincisi orada planlaşdırılan qırğınla azərbaycanlılarda qorxu yaradaraq onların öz torpaqlarını tərk etməsini təmin etmək.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu muzdluların və Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalıya hücuma başladı. Xocalı işğal edildi. Azərbaycanın o zamankı hakimiyyəti heç bir köməklik göstərə bilmədi. Haylar (ermənilər) Xocalıda çox dəhşətli qırğın törətdilər. Qocalar, qadınlar, uşaqlar qətlə yetirildi. Xocalı faciəsi nəticəsində 613 nəfər həlak olmuşdur.
Xocalı faciəsi ermənilərin gözlədiyinin əksinə olaraq xalqı qorxutmadı, daha da nifrət hissi ilə coşdurdu. Azərbaycanda, Rusiyada və digər ölkələrdə olan qeyrətli oğullarımız könüllü surətdə cəbhəyə yollandı. Hər kəsin bir amalı oldu. Xocalının qisasını almaq. O dövrün dünya mətbuatı da bu faciəni geniş işıqlandırdı və qınadı.
Çox təəssüf olsun ki, dünyanın bir çox böyük dövlətləri hələ də bu soyqırımı tanımayıblar.
Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra Xocalı faciəsini dünyaya tanıtmaq üçün uğurlu işlər gördü.
27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi 44 gün çəkdi və Azərbaycan torpaqları azad olundu. Azərbaycan ordusu Xocalı faciəsinin və digər şəhidlərimizin qisasını aldı.
Bu müharibə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alı baş komandanlığı, uğurlu daxili və xarici siyasəti nəticəsində qalibiyyətlə başa çatdı.
                                                              Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin
                                                                  direktoru Nizami Niftiyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA