sedanews.az
sedanews.az

Avdeyevka dəhşəti: 10 illik əfqan savaşından çox...

28-02-2024, 11:49 84 dəfə baxılıb

   Ukraynanın Avdeyevka şəhəri uğrunda dörd ay davam edən döyüşlərdə Rusiya ordusu SSRİ-nin Əfqanıstanda 10 ildə itirdiklərindən daha çox hərbçi itirib.

  Bu barədə "Moskva vaxtı" (The Moscow Times) məlumat yayıb.
  Hərbi analitiklərin, rusiyalı hərbi blogerlərin və Ukrayna rəsmilərinin hesablamaları göstərir ki, Rusiya Avdeyevka uğrunda gedən döyüşdə Əfqanıstandakı onillik müharibədən daha çox əsgər itirib.
  Bildirilib ki, Sovet ordusunun 1979-1989-cu illərdə Əfqanıstanda ölən hərbçilərinin (KQB və DİN əməkdaşları daxil olmaqla – red.) sayı 15 mindən bir qədər çox idi.
  Ukrayna “Tavriya” komandanlığının nümayəndəsi Andrey Lixovoy rusların Avdeyevkada 17 min hərbçi itirdiyini, 30 mindən çox əsgərin də yaralandığını bildirib.
  Digər tərəfdən, rusiyalı hərbi jurnalist Andrey Morozov da Rusiya qoşunlarının böyük itkiləri olduğunu təsdiqləyib, bu rəqəmin 16 minə çatdığını qeyd edib.
Axar.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA