sedanews.az
sedanews.az

Kəskinləşən Rusiya-ABŞ münasibətləri

26-01-2022, 11:02 323 dəfə baxılıb

                                              Kəskinləşən Rusiya-ABŞ münasibətləri



Politoloq: Rusiyanın bu mübarizədə geri çəkilməsi inandırıcı görünmür
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşmək üçün Cenevrəyə səfər etməsi Rusiyanın Ukrayna ilə sərhədə 100 minə yaxın hərbçi toplamasından sonra gərginləşən böhranı aradan qaldırmağa yönəlib.
ABŞ Dövlət katibi Entoni Blinken açıq-aydın bildirib ki, biz ərazi bütövlüyü məsələsində Ukraynanın yanındayıq. Rusiya qüvvələri Ukrayna sərhədini keçsə, ABŞ və müttəfiqlərinin buna sərt cavabı olacaq. Çünki Ukrayna xalqının öz gələcəyini suveren şəkildə seçmək hüququ var. İndi Rusiyanın iki seçimi var, o, ya diplomatiya yolu, ya da münaqişə....
Rusiyanin xarici işlər nazir Sergey Lavrov isə ABŞ-ın Rusiya-Ukrayna sərhədindəki problemləri ön plana çəkməyindən narahatdır. Həmçinin Rusiyanın baş diplomatı NATO-nun Rusiyanın əleyhinə işlədiyini bildirib. Vurğulayıb ki, Ona görə də Moskva NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinədir. Hansıki bu blok SSRİ-yə qarşı yaradılıb. İndi isə o, Rusiyayaa qarşı işləyir.
ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələbinə gələn həftə yazılı şəkidə cavab verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA