sedanews.az
sedanews.az

İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlət büdcəsindən maliyyə nəzərdə tutulub

11-03-2024, 12:30 140 dəfə baxılıb


 “İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
    Nazir müavini bildirib ki, bu sahədə islahatlara ehtiyac var:
   “Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarəetmədə öz bizneslərini yaradıblar”.
   Nazir müavini elektron nəqliyyat qaiməsinin əhəmiyyətini diqqətə çatdırıb:
“Bu, ölkədə yükdaşımaların şəffaflaşmasına səbəb olacaq. Bunun tətbiqi çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA