sedanews.az
sedanews.az

MM-in komitəsində 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsinə başlanıb

25-05-2022, 10:32 229 dəfə baxılıb


  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
APA xəbər verir ki, iclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika komitəsinin sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edir.
  İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi daxildir.
Qeyd edək ki, bundan əvvəl komitədə Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri ilə 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı işgüzar, peşəkar və elmi müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA