Paşinyan: Sərhədə rus ordusu yerləşməlidir
Rusiya sərhədçilərinin Azərbaycanla sərhəd boyunca dayaq məntəqələri yerləşdirilməlidir.Bunu Ermənistan baş naziri vəzifələrini icra edən Nikol Paşinyan deyib.
“Hazırkı situasiyada Rusiya sərhədçilərinin Azərbaycanla bütün sərhəd boyunca dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinə baxmağı məqsədəuyğun hesab edirəm. Bu imkan verəcək ki, delimitasiya və demarkasiya işlərini döyüş toqquşmalar riski olmadan gerçəkləşdirək”, – deyə o bildirib.
Paşinyan bu mövzunu rusiyalı həmkarları ilə müzakirə etməyi planlaşdırdığını söyləyib.
O, eyni zamanda KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) monitorinq missiyasının da sərhəddə yerləşdirilməsini təklif edib.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.