sedanews.az
sedanews.az

Allahşükür Paşazadə Belçikya gedir

4-03-2025, 15:00


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti martın 5-də Belçika Krallığına səfər edəcək.
QMİ-nin mətbuat xidmətinin məlumatına görə , səfərdən məqsəd Belçika Kralı Filipin himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak etməkdir.
Avropa ilə İslam dünyası arasında dinlər və sivilizasiyalar arasında əlaqələrin dərinləşməsinə xidmət edən bu təşəbbüs çərçivəsində martın 6-da Avropa Parlamentində yüksəksəviyyəli dəyirmi masa, martın 7-də isə “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransı və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlər keçiriləcək.
Ramazan ayına təsadüf edən tədbirlərin qonaqlarının şərəfinə Belçika Kralı adından böyük iftar süfrəsi təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA