Qusarda yük maşını aşıb, ölən var - FOTO

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sedanews.Az xəbər verir ki, APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Samur qəsəbəsi yaxınlığında qeydə alınıb.![]()
Qəza nəticəsində xəsarətlər alan 28 yaşlı sürücü hadisə yerində ölüb.
Avtomobildə daşınan badımcanlar yol kənarına və Samur-Abşeron kanalına tökülüb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: