sedanews.az
sedanews.az

Koronavirus zərbəsi: Neftin qiymətini nə gözləyir? - Şərh

5-02-2020, 15:18 806 dəfə baxılıb

Koronavirus zərbəsi: Neftin qiymətini nə gözləyir? - Şərh



                Son iki həftədə neftin qiyməti 65 dollardan 54 dollara düşüb. Bunun bir neçə səbəbi var və əsası da Çində yayılan koronavirusun iqtisadiyyata vurduğu mənfi təsirlərdir.
Bu sözləri iqtisadçı ekspert İlham Şaban son vaxtlar neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı Axar.az-a danışarkən deyib. O bildirib ki, Çində günlük neft hasilatının 3 milyon barrel azalması birjalarda neftin qiymətinin də düşməsinə zəmin yaradıb:
“Nəticə olaraq Çində ictimai fəaliyyətin azalması neft məhsullarına olan tələbatın da azalmasına səbəb olub. Həftənin əvvəlində Çində neftə olan tələbatın 3 milyon barrel azalması birjalarda neftin qiymətinin də düşməsinə zəmin yaradıb.
Əgər yanvarın 27-də neft 60 dollardan aşağı düşübsə, fevralın 4-də 55 dollardan aşağı düşüb. Burada məntiqi düşünmək kifayətdir, çünki bu, real bazardır. Yəni bir şey istifadə olunmursa, onun qiyməti mütləq şəkildə düşməlidir. Bazara pozitiv siqnallar gəlməlidir ki, qiymət artsın. Pozitiv siqnalın olması gözlənilir. Martın əvvəlində OPEK-in iclası keçiriləcək.
Rusiyanın Energetika naziri Aleksand Novak bu məsələ ilə bağlı belə bir açıqlama verib. O bildirib ki, koronavirusa görə neftin qiymətinin ucuzlaşması qalıcı deyil. Üstündən müəyyən bir zaman keçməlidir ki, hər şey öz məcrasına qayıtsın. Hazırda neftin 1 barrelinin 50 dollara yaxınlaşması fövqəladi hadisə deyil. Əsas orta qiyməti qorumaqdır. Qiymət, şübhəsiz ki, stabilləşəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA