sedanews.az
sedanews.az

Dünya panikada: Bakı da bundan imtina edə bilər

29-01-2020, 17:11 947 dəfə baxılıb

Dünya panikada: Bakı da bundan imtina edə bilər





                Çində yayılan koronavirus insan tələfatı ilə yanaşı, iqtisadi problemlərə də səbəb ola bilər. Ona görə ki, Çin bu gün dünya iqtisadiyyatında əsas tədarükçü ölkələrdən biridir.
Bu sözləri Axar.az-a açıqlamasında marketoloq Pərviz Əzimov Çində yayılmış koronavirusun iqtisadiyyata təsiri barədə danışarkən deyib.
O qeyd edib ki, yerli istehsalı çox da inkişaf etməyən ölkələr satdıqları məhsulların, xüsusən də qeyri-qida məhsullarının, mebel və digər bu kimi əşyaların əsas tədarükünü Çindən etdiyi üçün bu, iqtisadiyyata istər-istəməz təsir göstərəcək:
“Düşünürəm ki, bu virus ciddi iqtisadi problemlər yaradacaq. Artıq yayılan qeyri-dəqiq məlumatlara görə, Çində Yeni il bayramının müddəti uzadılıb - halbuki bir çox bazarlar açılmalı idi. İndi isə həmin bazarların bir müddət açılmayacağı gözlənilir. Hətta Çin tezliklə virusa qarşı vaksin tapsa da, bazarlar açılsa da, yaranan panika qarşılığında başqa ölkələrdəki şirkətlərin Çindən məhsul idxal etməyə risk etməyəcəklər. Bundan əlavə, ola bilər ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi də bu məsələdə müəyyən qadağalar tətbiq etsin. Belə olan halda artıq yerli istehsalçılar və pərakəndəçilər alternativ tədarükçü ölkələr tapmağa çalışacaqlar və məncə, artıq buna başlayıblar”.
Marketoloq bildirib ki, hazırda ölkəmiz üçün ən ideal istehsalçı ölkə kimi Türkiyə görünür:
“Azərbaycan üçün bu baxımdan hələlik ən ideal variantlardan biri Türkiyə bazarıdır və yəqin ki, Türkiyə özü də bu hadisəni yaxşı mənada fürsətə çevirib daha çox gəlir əldə etməyə çalışacaq. Düzdür, bu cür faciəvi hadisəni yaxşı fürsət kimi səsləndirmək etik deyil, amma bu, bazar reallığıdır. Azərbaycan üçün digər tədarük bazarı İran ola bilər, ancaq İranla olan qlobal embarqo problemləri səbəbindən idxal-ixrac proseslərində problem yaranır. Əks halda İran bazarı da bu hadisənin fonunda kifayət qədər böyüyə bilərdi. Azərbaycan üçün digər tədarük nöqtələri kimi Avropa, Rusiya, Pakistan, Hindistan, Vyetnam, Malayziya və Koreya bazarları da var və yəqin ki, bu bazarlardan da müəyyən məhsullar idxal ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA