Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.
REAL xəbər verir ki, 2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi
“Kyodo” agentliyinə ölümün təbii səbəblərdən baş verdiyini açıqlayıb.
Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.